AZ

FIFA dünya çempionatına azarkeş marağından narazıdır

Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

FIFA 2026-cı il dünya çempionatının oyunlarında aşağı tamaşaçı iştirakından narahatdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Sport Baza" "Telegram" kanalı məlumat yayıb.

ABŞ-ın mundial oyunlarına ev sahibliyi edəcək şəhərlərində hotellərə tələbatın az olması səbəbindən qiymətlər kəskin şəkildə aşağı düşüb. Müştəriləri cəlb etmək üçün bəzi hotellər 2 min avroya qədər endirimlər təklif edir.

FIFA hesab edir ki, San-Fransiskoda keçiriləcək Qətər - İsveçrə, eləcə də Bostonda baş tutacaq Haiti - Şotlandiya və Şotlandiya - Mərakeş oyunlarında tribunaların doluluğu 50 faizdən aşağı ola bilər. Təşkilat bu problemi aradan qaldırmaq üçün kollec tələbələrini pulsuz biletlərlə stadionlara cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Bundan əvvəl bildirilmişdi ki, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi və ABŞ-ın bu prosesdə iştirakı fonunda İran milli komandası mundialda iştirakdan imtina edə bilər. Daha sonra isə İranda komandanın ABŞ-da keçirilməsi planlaşdırılan oyunlarının Meksikaya köçürülməsi məsələsinin FİFA ilə müzakirə olunduğu açıqlanıb.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
2
qaynarinfo.az

3Mənbələr