AZ

Türkiyənin daha bir tanınmış restoranlar şəbəkəsinin Bakıda şöbəsi açılacaq

Tezliklə Türkiyənin "Kaşıbeyaz" restoranlar şəbəkəsinin Bakıda da şöbəsi açılacaq.

Marja.az xəbər verir ki, bunu "Kaşıbeyaz Lezzet Grubu"nun qurucusu və Baş direltoru Ahmet Kaşıbeyaz bildirib.

Kabab və paxlava deyildikdə ilk ağıla gələn, Türkiyə mətbəxinin ləzzətlərini bu günə qədər yaşadan "Kaşıbeyaz" brendinin restoranı "Dreamland" yaşayış və əyləncə mərkəzində fəaliyyətə başlayacaq.

Qeyd edək ki,  "Kaşıbeyaz" brendinin hekayəsi Ahmet Kaşıbeyazın gördüyü bir yuxudan sonra qaşının ağarması ilə başlayır. Bu yuxunun həyatını dəyişdirdiyinə inanan Ahmet Kaşıbeyaz əvvəlki “Besim” soyadını da dəyişərək Kaşıbeyaz edir. Onun sözlərinə görə, yuxusunda girdiyi bir mağarada qızıl yığınları görür və bu qızılları əlindəki kürəklə qarışdırır. Səhər oyanıb məktəbə gedir və yuxusunu dostuna danışır. Növbəti gün isə bir qaşının ağardığını görür. Yuxunu yozanlar bunun çox uğurlu gələcəyə işarə etdiyini və Tanrının bunu bir nişanə kimi göndərdiyini bildirirlər. Bundan sonra açılan bütün obyektlər “Kaşıbeyaz” adlandırılır və ilk gündən etibarən bolluq və bərəkət içində minlərlə müştəriyə xidmət göstərir.

“Kaşıbeyaz”ın Türkiyə ilə bərabər Birləşmiş Ərəb Əmirlikləri (Dubay), Qətər (Doha) və İranda şöbələri fəaliyyət göstərir. Yaxın gələcəkdə şəbəkənin Düsseldorf (Almaniya), Qahirə (Misir), Sankt-Peterburq (Rusiya), Moskva (Rusiya), Bağdad (İraq), Özbəkistan (Daşkənt), və Azərbaycanda (Bakı) restoranlarının açılması nəzərdə tutulur.an

Kaşıbeyaz Kaşıbeyaz Bakı Türkiyə restoranı Bakı kabab restoranı paxlava restoranı türk mətbəxi Dreamland restoran açılışı Bakı yeni restoranlar Azərbaycan Ahmet Kaşıbeyaz Kaşıbeyaz Lezzet Grubu premium restoran konsepti ailəvi restoran şərq mətbəxi lüks restoran Bakı gastronomiya layihəsi restoran şəbəkəsi genişlənməsi beynəlxalq restoran brendi Dubay restoranları Doha restoranları Almaniya Düsseldorf restoran Moskva restoran açılışı Sankt-Peterburq restoran Bağdad restoran layihəsi Daşkənd restoran qlobal restoran bazarı qida sektoru investisiyası restoran biznesi Azərbaycan
Seçilən
28
1
marja.az

2Mənbələr