AZ

Barış 175 milyona ev aldı

"Qalatasaray"ın ulduzu Barış Alper Yılmaz İstanbulda dəbdəbəli ev alıb. Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Yerli KİV-in yazdığına görə, 25 yaşlı futbolçu yeni evə sahib olmaq üçün 175 milyon türk lirəsi (təxminən 7 milyon manat) vəsait xərcləyib. Türkiyə mətbuatı yarımmüdafiəçinin həmçinin biznesə girişdiyini vurğulayib. Onun Buyükadada 4 ulduzlu bir otelə şərik olduğu bildirilir. Barışın turizm sektoruna qoyduğu investisiyanın məbləği açıqlanmır.

Qeyd edək ki, Barış Alper Yılmaz bu mövsüm "Qalatasaray"ın heyətində 41 matça çıxıb. O, rəqib qapılardan 14 top keçirib və 10 qolun ötürməsini verib.

Seçilən
31
metbuat.az

1Mənbələr