AZ

Pakistan mənbələri: İran təzminat tələb edir, raket məhdudiyyətlərini rədd edir

Pakistan mənbələri: İran təzminat tələb edir, raket məhdudiyyətlərini rədd edir

Pakistanın adı açıqlanmayan rəsmi mənbələri ABŞ və İran arasında aparılan vasitəçilik cəhdləri ilə bağlı kritik məlumatlar paylaşıb.

AFN.az xəbər verir ki, İslamabadın vasitəçiliyi ilə tərəflər arasında yaxın 48 saat ərzində mühüm diplomatik gedişatın şahidi olunacağı gözlənilir.

Pakistanlı mənbələrin verdiyi məlumata görə, danışıqlar masasında İranın mövqeyi kifayət qədər sərtdir. Tehran özünün ballistik raket potensialına hər hansı məhdudiyyət gətirilməsini qəti şəkildə rədd edir. Bildirilib ki, İran tərəfi ABŞ və İsrailin son hücumları nəticəsində dəymiş zərərə görə rəsmi Vaşinqtondan müharibə təzminatı (reparasiya) tələb edir.

Qeyd edilib ki, İran gələcək hücumların qarşısının alınması üçün hüquqi və hərbi zəmanətlər axtarışındadır. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dünən tərəflər arasında aktiv və səmərəli danışıqların getdiyini iddia etsə də, İranın rəsmi qurumları və "Xatəm əl-Ənbiya" Qərargahı bu iddiaları "psixoloji əməliyyat" adlandıraraq təkzib etmişdi.

Bununla belə, beynəlxalq media (WSJ və Reuters) Pakistanın vasitəçiliyi ilə 15 maddəlik bir sülh planının artıq Tehrana çatdırıldığını bildirir.

Seçilən
57
afn.az

1Mənbələr