AZ

CNN-dən SENSASİON İRAN AÇIQLAMASI: Tramp görün nəyə HAZIRLAŞIR – VİDEO

CNN telekanalının milli təhlükəsizlik üzrə baş analitiki Cim Skyutto İranla bağlı sensasion bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, analitik ABŞ-nin İrana qarşı genişmiqyaslı quru müdaxiləsi üçün bütün zəruri hazırlıqları tamamladığını iddia edib.

Skyuttonun sözlərinə görə, Vaşinqton rəsmi müstəvidə sülh danışıqları apardığını nümayiş etdirsə də, pərdəarxasında tamamilə fərqli planlar qurulur.

“Onlar sülh danışıqları aparırmış kimi görünərək, əslində Xark adasının və Hörmüz boğazının ələ keçirilməsini açıq şəkildə müzakirə edirlər. Bu, mütləq bir aldatmadır”, – deyə analitik CNN efirində vurğulayıb.

Ekspertlər hesab edirlər ki, strateji əhəmiyyətli Xark adası və dünya neft ticarətinin əsas arteriyası sayılan Hörmüz boğazı ilə bağlı bu iddialar regionda onsuz da gərgin olan vəziyyəti partlayış həddinə çatdıra bilər.

DOĞRU.AZ

Seçilən
24
4
dogru.az

5Mənbələr