AZ

Avropa tezliklə yanacaq çatışmazlığı ilə üzləşəcək

ain.az bildirir, Reyting.az portalına istinadən.

Avropa tezliklə Yaxın Şərqdəki münaqişə səbəbindən yanacaq çatışmazlığı ilə üzləşəcək.

Reyting.az xəbər verir ki, belə bir xəbərdarlığı Britaniya-Hollandiya enerji şirkəti “Shell”-in rəhbəri Savan edib.

"The Guardian" qəzeti Savanın qlobal yanacaq vəziyyəti haqqında dediklərindən sitat da gətirib:

“Vəziyyətin ağırlığını ilk hiss edən Cənubi Asiya oldu. Sonra problemi Cənub-Şərqi Asiya, Şimal-Şərqi Asiya və aprel ayı yaxınlaşdıqca Avropa hiss edəcək”.

Baş direktorun sözlərinə görə, Yaxın Şərqdəki böhran artıq reaktiv yanacağın tədarükünə təsir göstərib və onun qiyməti münaqişənin əvvəlindən bəri ikiqat artıb. O əlavə edib ki, ABŞ və Avropada yay səyahət mövsümü başlayanda dizel yanacağı, daha sonra isə benzin növbəti təzyiq altında ola bilər.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan İrandakı hədəflərə zərbələr endirməyə başlayıblar. İran isə İsrail ərazisinə və ABŞ-nın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr vurur. Nəticədə, dünyanın əksər ölkələri Fars körfəzi ölkələrindən qlobal bazara neft və mayeləşdirilmiş təbii qazın çatdırılması üçün əsas marşrut olan Hörmüz boğazının effektiv şəkildə bağlanması səbəbindən yanacaq qiymətlərinin artması ilə üzləşirlər.

E. KAMAL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
reyting.az

1Mənbələr