AZ

Müharibəyə görə daha bir ölkə qənaət rejiminə keçdi

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Misirdə mağaza və kafelərin iş vaxtı qısaldılır. Yaxın Şərqdə gərginləşən hərbi münaqişə fonunda Misir hökuməti ciddi enerji qənaəti rejiminə keçir. "Egypt Independent" nəşrinin məlumatına görə, ölkədəki mağazalar, kafelər və parklar fəaliyyət müddətini azaldacaq.Yeni qaydalara əsasən, ticarət mərkəzləri, restoranlar və əyləncə məkanları həftə içi saat 21:00-da qapanacaq. Yalnız cümə axşamı və cümə günləri iş vaxtının saat 22:00-a qədər uzadılmasına icazə veriləcək. Qənaət tədbirlərinin görülməsinə səbəb qaz və yanacaq idxalının aylıq dəyərinin təxminən 1,1 milyard dollar artmasıdır.Regiondakı hərbi əməliyyatlar qlobal enerji bazarına da ciddi təsir göstərib. ABŞ və İsrailin İrana qarşı başladığı əməliyyatlara cavab olaraq Tehranın neft infrastrukturuna zərbələr endirməsi və Hörmüz boğazını bağlaması neftin qiymətini son dörd ilin maksimumuna çatdırıb. Fransa rəsmiləri mövcud vəziyyəti "neft şoku" adlandıraraq böhranın daha da dərinləşə biləcəyi barədə xəbərdarlıq ediblər.İslam

Demokrat.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
demokrat.az

1Mənbələr