AZ

Trampın tarifləri ABŞ ÜDM-inə az təsir göstərsə də, büdcə gəlirlərini artırıb

ABŞ Prezidenti Donald Tramp tərəfindən ötən il tətbiq edilən tariflər ölkənin iqtisadi artımına məhdud təsir göstərsə də, federal gəlirlərin əhəmiyyətli dərəcədə artmasına səbəb oldu və ölkənin Çin ilə ticarət əlaqələrinin kəsilməsi prosesini sürətləndirib.

"Report" xəbər verir ki, bu barədə Brukinqs İnstitutunun 25 mart ərəfəsində dərc etdiyi yeni araşdırmada bildirilir.

Sənədə görə, tarif siyasətinin ABŞ iqtisadiyyatına qısamüddətli təsiri minimal olub. Tədqiqatın müəllifləri qeyd edirlər ki, ABŞ-ın iqtisadi rifahına xalis təsir ticarət şərtlərindəki dəyişikliklər və tələbin yerli istehsal mallarına yönəlmə dərəcəsi ilə bağlı fərziyyələrdən asılı olaraq ÜDM-in 0,1% artımından 0,13% azalmasına qədər dəyişib.

Eyni zamanda, tədqiqat göstərir ki, tətbiq edilən tariflər federal gəlirləri artırıb və Vaşinqtonla Pekin arasında ticarət əlaqələrinin daha da zəifləməsinə səbəb olub.

Seçilən
37
3
far.az

4Mənbələr