AZ

“Labubu” oyuncaqları rekord gəlir qazandırdı

Çinin oyuncaq istehsalı üzrə ixtisaslaşan “Pop Mart International Group Ltd.” şirkətinin səhmləri 2025-ci il üzrə maliyyə göstəricilərinin açıqlanmasından sonra kəskin dəyər itirib. Halbuki şirkətin gəlirləri 2.8 dəfədən, xalis mənfəəti isə dörd dəfədən çox artıb.

KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə müəssisənin rəsmi bəyanatında məlumat verilib.

İstehsalçının ötən il ərzində əldə etdiyi gəlir əvvəlki ilin 13.04 milyard yuanlıq göstəricisini üstələyərək 37.12 milyard yuana (5.38 milyard ABŞ dolları) çatıb.

Müəssisənin xalis mənfəəti 2024-cü ildə qeydə alınan 3.13 milyard yuana qarşı 12.78 milyard yuan səviyyəsinədək yüksəlib.

Hesabat ilində “Pop Mart”a ən çox qazanc gətirən məhsullardan biri ötən il dünya miqyasında məşhurlaşan mifik dovşanabənzər “Labubu” personajının da yer aldığı “Monsters” oyuncaq kolleksiyası olub. Yalnız bu seriyanın satışları şirkətə 14.16 milyard yuan (ümumi gəlirin təqribən 38%-i) vəsait qazandırıb.

Gəlirlərin böyük ölçüdə tək bir kolleksiyadan asılı olması investorlarda narahatlıq yaradıb. Onlar gələcəkdə “Labubu”ya olan tələbatın aşağı düşəcəyi təqdirdə şirkətin maliyyə vəziyyətinin ciddi zərər görəcəyindən ehtiyat edirlər.

Seçilən
35
2
konkret.az

3Mənbələr