AZ

Azərbaycan UNESCO-nun Qlobal Təhsil Monitorinqi Hesabatının təqdimat mərasimində təmsil olunub (FOTO)

Bakı. Trend:

Elm və təhsil nazirinin müavini Həsən Həsənli UNESCO-nunmənzil-qərargahında keçirilən UNESCO-nun Qlobal Təhsil Monitorinqi(GEM) Hesabatının yüksək səviyyəli təqdimat mərasimində iştirakedib.

Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumatverilib.

Bildirilir ki, UNESCO-ya üzv dövlətlərin təhsil nazirliklərininyüksək səviyyəli nümayəndələri, beynəlxalq və regionaltəşkilatların təmsilçiləri, eləcə də ekspertlərin iştirak etdiyitəqdimat mərasiminin rəsmi açılışından sonra təhsildə əlçatanlıq vəbərabərlik, təhsildən kənar qalan uşaqlar, təhsilin ədalətlimaliyyələşdirilməsi, eləcə də məktəbəqədər təhsil kimi mövzularüzrə panel müzakirələr təşkil edilib.

Tədbir çərçivəsində, eyni zamanda, nazir müavini Həsən HəsənliÖzbəkistanın məktəbəqədər və ümumi təhsil naziri Ezozkhon Karimovailə ikitərəfli görüş keçirib.

Bundan başqa, nazir müavininin rəhbərlik etdiyi nümayəndə heyətiQlobal Təhsil Koalisiyasının 6-cı iclasında iştirak edib.

Tədbir çərçivəsində Həsən Həsənli “Təhsildə RəqəmsalTransformasiyanın Təsiri İmkanları” adlı nazirlər panelində çıxışedərək “Azərbaycan Respublikasının 2022-2026-cı illərdəsosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində son illərdə əldəolunnuş nəticələr, rəqəmsal bacarıqların inkişafına yönəlmiştəşəbbüslər və süni intellekt həllərinin təhsil sisteminəinteqrasiyası istiqamətində atılan addımlar barədə məlumatı tədbiriştirakçılarının diqqətinə çatdırıb.

Qeyd edək ki, Qlobal Təhsil Koalisiyası ilk dəfə 2020-ci ildəCOVID-19 pandemiyasının təhsil sahəsinə təsirlərinin azaldılmasıməqsədilə yaradılıb, daha sonra isə fövqəladə hallarda təhsilindavamlılığının təmin olunması və təhsil sistemlərinintransformasiyasının dəstəklənməsi istiqamətində fəaliyyətinigenişləndirib. Hazırda 112 ölkədə fəaliyyət göstərən Koalisiyavətəndaş cəmiyyəti institutları, akademik dairələr və özəl sektordaxil olmaqla 220-dən çox institusional tərəfdaşı bir arayagətirir.

2021-ci ildə Azərbaycan Respublikası UNESCO-nun Qlobal TəhsilKoalisiyasına maliyyə töhfəsi verərək onun əsas donarlarındanbiridir.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
43
10
az.trend.az

10Mənbələr