AZ

Almaniya Hörmüz boğazında əməliyyatlarda iştirak edə bilər

Bakı. Trend:

Almaniya Silahlı Qüvvələri Hörmüz boğazında təhlükəsizliyintəmin olunması üzrə potensial əməliyyatlarda iştirak edə bilər.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziriBoris Pistorius danışıb.

“Atəşkəs haqqında razılaşmaya nail ola bilsək, təhlükəsizliyintəmin olunması, o cümlədən Hörmüz boğazında gəmilərin sərbəsthərəkətinin təmin edilməsi üçün silahlı qüvvələrin səfərbərolunması ilə bağlı istənilən variantı müzakirə edəcəyik”, - deyəPistorius bildirib.

Bununla belə almaniyalı nazir xüsusi olaraq vurğulayıb ki,Berlin İsrail və ABŞ-nin İrana qarşı başlatdığı müharibəyəqoşulmayacaq.

Onun sözlərinə görə, bu iqtiqamətdə məsləhətləşmələr əvvəlcədənaparılıb və İrandakı müharibə Almaniyanın müharibəsi deyil.

Məqalədə:
Seçilən
19
4
az.trend.az

6Mənbələr