Gəncədə yanğın hadisəsi baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, fərdi yaşayış evlərinin birində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.
Yanğın zamanı ev sahibi 1960-cı il təvəllüdlü Z.Məmmədov tüstüdən zəhərlənərək ölüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız