AZ

Gürcüstan qanunsuz miqrantları deportasiya edir- aralarında azərbaycanlılar da var

Bakı. Trend:

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentininəməkdaşları sonradan deportasiya etmək məqsədilə 41 əcnəbinisaxlayıblar. Saxlanılanlar arasında Azərbaycan vətəndaşları da yeralır.

Trend GürcüstanKİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuatxidmətinin məlumatında deyilir.

Məlumata görə, saxlanılanlar arasında Azərbaycan, Əlcəzair,İordaniya, İraq, Yəmən, Çin, Rusiya, Türkiyə, Türkmənistan vəÖzbəkistan vətəndaşları var. Əcnəbilər müxtəlif yerlərdə, ocümlədən işlədikləri restoranlarda, gözəllik salonlarında və geyimsatışı obyektlərində reydlər zamanı saxlanılıblar.

Onlar sonradan deportasiya olunmaq üçün MiqrasiyaDepartamentinin müvəqqəti yerləşdirmə mərkəzinə aparılıblar.

Qeyd edək ki, Gürcüstanda 2025-ci ildən etibarən qanunsuzmiqrasiyaya qarşı mübarizə sərtləşdirilib.

Məqalədə:
Seçilən
23
az.trend.az

1Mənbələr