AZ

Tramp administrasiyası hərəkətə keçdi: Müharibəni bitirmək üçün…

ABŞ administrasiyası İranla davam edən hərbi münaqişəni dayandırmaq üçün diplomatik kanalları sürətlə işə salıb. Ağ Ev bu həftəsonu müharibənin başa çatdırılması istiqaməti üzrə mühüm danışıqlar təşkil etmək üzərində çalışır.

NOCOMMENT.az xəbər verir ki, CNN telekanalının administrasiyadakı iki yüksək rütbəli rəsmiyə istinadən yaydığı məlumata görə, planlaşdırılan diplomatik səfərdə vitse-prezident Cey-Di Vens və digər yüksək səviyyəli rəsmilərin iştirakı nəzərdə tutulur. Bununla belə, mənbələr görüşün dəqiq vaxtı, yeri və iştirakçı heyətinin hələlik tam dəqiqləşmədiyini, dəyişikliklərin mümkünlüyünü qeyd edirlər.

Danışıqların keçirilməsi üçün Türkiyə alternativ və əsas meydança kimi nəzərdən keçirilir. Eyni zamanda, bəzi rəsmilər mümkün Pakistan səfəri ilə bağlı təhlükəsizlik narahatlıqlarını dilə gətiriblər. Hazırda diplomatik heyətin ən əlverişli və təhlükəsiz məkanda tərəfləri bir araya gətirməsi üçün intensiv hazırlıqlar davam edir

Sara, 

NOCOMMENT.az

Seçilən
26
nocomment.az

1Mənbələr