"NomadMania" klubunun təsisçisi və rəhbəri, yunanəsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyyahlar Xocalıya səfər ediblər.
"Cebheinfo.az" "Report"a istinadən xəbər verir ki, onlar rayona səfər çərçivəsində Xocalı Soyqırımı Memorialı ilə tanış olublar.
Qonaqlar Xocalı soyqırımı və memorial barədə məlumatlandırılıb.
13:18
"NomadMania" klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyyahlar Qarabağa və Şərqi Zəngəzura səfər çərçivəsində martın 26-da Ağdam şəhərinə gəliblər.
"Cebheinfo.az" "Report"a istinadən xəbər verir ki, heyətə 37 ölkədən 79 nəfər səyahətçi daxildir. Bu isə sayca indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyahətçilərin ən böyük qrupudur.
Beynəlxalq səyyahlar işğaldan azad olunmuş Ağdam şəhəri ilə, Azərbaycan dövlətinin burada həyata keçirdiyi tikinti-quruculuq işləri və tarixi məkanlarla tanış olacaqlar.

"Cebheinfo.az"