AZ

Bakıda torpaq kəskin bahalaşdı: Səbəb nədir?

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Bakıda torpaq sahələrinin qiymətində kəskin artım müşahidə olunub.

Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib. Ekspert bunun səbəbini tikinti sektorunda başlayan canlanma ilə əlaqələndirib:

"Mart-aprel aylarında torpaq sahələrinin qiyməti artır. Bu həmişə belə olur. Yazda torpaq sahələrinin qiyməti artır, qış aylarında isə qiymətlər enir. Mövsümün əvvəlində 20-25% artım olur. Havaların soyuq, yağmursuz keçməsi təmir-tikinti işlərinin aparılmasına şərait yaradır".

Elnur Fərzəliyev yaz aylarında başlayan təmir-tikinti işlərinin avqust-sentyabr ayına kimi davam etdiyini xatırladıb:

"Mövsüm sonunda isə torpaq sahələrinin qiyməti 5-10% enir. Hazırda torpaq sahələrinin qiyməti qalxıb".

Bahar Rüstəmli 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
3
qaynarinfo.az

4Mənbələr