AZ

Rusiyanın İran savaşından İNANILMAZ qazancı – ŞOK gəlişmə

ABŞ Müharibə Nazirliyi (Pentaqon) Ukraynaya verilməsi planlaşdırılan silahları Yaxın Şərqə göndərməyi düşünür. Musavat.com bildirir ki, bu barədə “Vaşinqton Post“ nəşri məsələdən məlumatlı üç mənbəyə istinadən xəbər verib. Bildirilib ki, sözügedən hərbi yardım ABŞ-ın regiondakı qüvvələrinin silah anbarlarını doldurmaq üçün Yaxın Şərqə göndərilə bilər.

Pentaqonun belə bir addım atmasının Ukrayna üçün hansı mənfi təsirləri ola bilər?

Rusya'nın

Hərbi-siyasi ekspertlər hesab edir ki, Pentaqonun Ukraynaya ayrılması nəzərdə tutulan silahları Yaxın Şərqə yönəltməsi bir neçə mənfi təsirə malik ola bilər: Birincisi, Ukrayna üçün gələcəkdə silah çatışmazlığı riski meydana gətirər; Ukrayna müharibədə artan ehtiyaclar səbəbindən ABŞ-dən gələcək silahlara etibar edir. İkincisi, kritik silahların və sursatların gecikməsi döyüş əməliyyatlarının planlaşdırılmasına mane ola, ordunun effektivliyini azalda və əhalinin motivasiyasına mənfi təsir göstərər. Eyni zamanda, bu addım diplomatik gərginlik yarada və Rusiya tərəfi üçün propaganda fürsətləri açmış ola bilər. Ukrayna tərəfi üçün bu, beynəlxalq dəstəyin azaldılması kimi qiymətləndirilə bilər ki, bu da nəticədə həm ordunun, döyüş ruhuna, əhalinin inamına mənfi təsir göstərər.

Ekspertlərin sözlərinə görə, Ukrayna ordusu gələcək əməliyyatlarını ABŞ-dən gələcək silahlara uyğunlaşdırır. Silahların gecikməsi və ya azalması əməliyyat planlarının dəyişdirilməsini və taktiki üstünlüyün itirilməsini tələb edə bilər. Pentaqonun ehtimalı olunan addımının Ukrayna ilə ABŞ arasında münasibətlərin gərginləşməsinə də səbəb ola biləcəyi risklərini meydana gətirə bilər.

Etibar Seyidağa,
Musavat.com

 

Seçilən
55
50
musavat.com

10Mənbələr