AZ

Məşhur rejissorun evi bombalandı

İranda ABŞ və İsrailin hava zərbələri nəticəsində tanınmış kinorejissorun evi zərər görüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqayi sosial şəbəkə hesabında məlumat verib

O qeyd edib ki, məşhur rejissor Abbas Kiarostaminin yaşadığı ev bombardmanlar zamanı zədələnib.

Paylaşımı zamanı E. Baqayi bu hadisə ABŞ və İsrailin hücumlarının həm də mədəni irsə yönəldiyini göstərirdiyini deyib. O sual edib ki, rejissorun evi ABŞ üçün hansı təhlükə təşkil edə bilərdi.

Baqayi vurğulayıb ki, bu cür zərbələr təkcə dövlətə deyil, həm də dərin köklərə malik mədəniyyətə, sivilizasiyaya və kimliyə qarşı yönəlib.

Qeyd edək ki, Abbas Kiarostami İran kinosunun ən tanınmış simalarından biri olub. O, 1997-ci ildə çəkdiyi “Taste of Cherry” filmi ilə Cannes Film Festivalnda “Qızıl Palma budağı” mükafatına layiq görülüb. Bundan başqa rejissorun Close-Up” (1990), “Where Is the Friend’s House?” (1987),  “Certified Copy” (2010) filmləri də dünyaca məşhurdur.

Rejissor 2016-cı ildə onkoloji xəstəlikdən vəfat edib.

 

 

Seçilən
21
2
xezerxeber.az

3Mənbələr