AZ

"Afrika Millətlər Kubokunun Seneqaldan alınması oğurluqdur"

style='margin-bottom:10px;'>

Seneqal Futbol Federasiyasının prezidenti Əbdülaye Fall Afrika Futbol Konfederasiyasının 2026-cı il Afrika Millətlər Kubokunu Mərakeşə vermək və meydanı tərk etdiyinə görə Seneqalı texniki məğlubiyyətlə cəzalandırmaq qərarına münasibət bildirib.

QOL.az "L`Equipe"yə istinadən xəbər verir ki, o deyib: 

"İdman tariximizin ən kobud və ədalətsiz qərarı ilə üzləşən Seneqal Futbol Federasiyası belə vəziyyətə etiraz edir. Bu, oğurluqdur. Seneqal diz çökməyəcək və dəyərlərindən güzəştə getməyəcək.

Mübarizəmiz futbol meydançası və idman mübahisələri ilə məhdudlaşmır. Buna görə də bu işi İdman Arbitraj Məhkəməsinə həvsalə edirik. Orada hüquqi həqiqət müəyyən ediləcək".

Qeyd edək ki, Seneqal qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verib.

Seçilən
54
2
teleqraf.com

4Mənbələr