AZ

ABŞ rəsmisi ilə Gürcüstanın Orta Dəhlizdə rolunun gücləndirilməsi müzakirə olunub

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ABŞ Dövlət Departamentinin nümayəndəsi Peter Andreoli və ABŞ-nin Gürcüstandakı səfiri vəzifəsini icra edən Alan Persel ilə görüşüb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumatyayıb.

Məlumata görə, görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət əlaqələrinin dərinləşdirilməsi və ABŞ-nin investisiyalarının artırılması məsələləri müzakirə olunub.

M. Kvrivişvili bildirib ki, Gürcüstan ABŞ ilə münasibətlərin və strateji tərəfdaşlığın bərpa olunacağı məsələsində nikbindir. Onun sözlərinə görə, prosesin iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərəcəyi gözlənilir.

Görüşdə Gürcüstanın Orta Dəhlizdə rolunun gücləndirilməsinə xüsusi diqqət yönəldilib. Gürcüstanın liman infrastrukturu, dəmir yollarının modernləşdirilməsi və yeni Tbilisi Beynəlxalq Hava Limanı kimi irimiqyaslı layihələrin həyata keçirilməsi müzakirə olunub. Mariam Kvrivişvili Amerika tərəfini Anakliya Dərin Dəniz Limanının inkişaf planları və hazırkı irəliləyişi ilə tanış edib. Dövlət Departamentinin nümayəndəsi birbaşa limanın tikinti sahəsində olub.

Seçilən
57
far.az

1Mənbələr