AZ

Sərgən Yalçın Levandovskinin transferinə yox dedi

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

"Beşiktaş"ın baş məşqçisi Sərgən Yalçın dünya ulduzu Robert Levandovskinin komandaya cəlb olunması ideyasına müsbət yanaşmayıb.

Fanat.Az xəbər verir ki, jurnalist Umut Öztürkün yaydığı məlumata görə, təcrübəli mütəxəssis "Barselona"nın polşalı hücumçusunun transferini rədd edib.

Cari mövsümdə İspaniya klubunun heyətində 37 matça çıxan 37 yaşlı qolçu, 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Lakin Sərgən Yalçın komandanın hücum xəttində hazırda mövcud olan rotasiyaya daha çox güvəndiyini bildirib.

Xatırladaq ki, hazırda "qara-qartallar"ın forvard mövqeyində Hyeon-qyu Oh və Mustafa Erhan Həkimoğlu kimi oyunçular yer alır.

Bu qərarla İstanbul təmsilçisinin transfer gündəmində olan ən səs-küylü adlardan biri siyahıdan çıxarılıb.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
16
fanat.az

10Mənbələr