AZ

Beynəlxalq səyyahlar qrupu Laçına səfər edib

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

37 ölkədən olan beynəlxalq səyyahlar qrupu Laçına səfər edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, nümayəndə heyəti şəhərdəki infrastruktur və bərpa işləri ilə tanış olub.

Səyyahlar həmçinin incəsənət qalereyasını ziyarət edib, orada Azərbaycanın və Qarabağın mədəni irsi, eləcə də Azərbaycan xalçaçılıq sənəti ilə tanış ola biliblər.

Qeyd edək ki, bu gün "NomadMania" klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin rəhbərliyi altında beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyətinin tərkibinə 37 ölkədən 79 səyyah daxildir. Bu, indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən ən çoxsaylı beynəlxalq səyyahlar qrupudur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
8
baku.ws

10Mənbələr