AZ

Jurnalist Rəşad Baxşəlıyev vəfat etdi - 48 yaşı var idi

"Azərbaycan" qəzetinin şöbə müdiri, Parlament Jurnalistlər Birliyinin üzvü, qazi jurnalist Rəşad Baxşəliyev vəfat edib.


Azia.az  Modern.az-a istinadən xəbər verir ki, mərhum jurnalist bu gün dəfn olunacaq.

"Yeni Sabah" yazır ki, son illərdə onun səhhətində ciddi problemlər yaranmışdı.

R.Baxşəliyev ötən il ağır ürək əməliyyatı keçirmişdi. Onun ölümünə də ürək tutmasının səbəb olduğu bildirilib.

Qeyd edək ki, Rəşad Baxşəliyev 1978-ci ildə Mingəçevir şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun illər "Şərq" qəzetində çalışıb. Sonra fəaliyyətini rəsmi dövlət mətbuat orqanı olan "Azərbaycan" qəzetində davam etdirib. O, Parlament Jurnalistləri Birliyinin üzvü idi.

R.Baxşəliyev 2020-ci ildə Vətən müharibəsi başlayan kimi ordu sıralarına qoşulub. Müharibədə zabit kimi döyüşüb, bir necə medalla təltif olunub.

Mərhumun iki övladı yadigar qalıb.

Allah rəhmət eləsin!

Seçilən
37
15
azia.az

10Mənbələr