AZ

Azərbaycan millisi bu il ilk matçına çıxır

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz ölkəmizdə təşkil edilmiş “FIFA Series – 2026” beynəlxalq turnirində qüvvəsini sınayacaq.

Komandamız turnirdəki ilk matçında Sent Lüsiya yığması ilə qarşılaşacaq. Sumqayıtda keçiriləcək görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Giorgi Kruaşvili olacaq.

Qeyd edək ki, bu, millimizin 2026-cı ildə ilk oyunudur. Komandamız martın 30-da Syerra Leone yığması ilə də üz-üzə gələcək.

Seçilən
18
8
bakivaxti.az

10Mənbələr