Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Zaqatalada 50 yaşlı kişi ehtiyatsızlıqdan ölüb.
“Qafqazinfo” xəbər verir ki, rayonun Yuxarı Tala kənd sakini, 1976-cı il təvəllüdlü Davudov İlham sərxoş vəziyyətdə yaşadığı evin pəncərəsinə təpiklə zərbə vurub.
Şüşənin ayağın kəsməsi nəticəsində qanaxma baş verib.
İ.Davudov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.