İstanbul Boğazının Üsküdar Kandilli sahilində yerləşən və məşhur "Kurtlar Vadisi" serialınını çəkilişlərində istifadə olunan tarixi Abud Efendi Yalısı satışa çıxarılıb.
"Cebheinfo.az" Axşam.az-a istinadən xəbər verir ki, mülkün 15,23%-lik hissəsi 170 milyon lirə (6,5 milyon manat) qarşılığında satışa təqdim edilib.
1835–1855-ci illərdə Osmanlı saray memarı Garabet Balyan tərəfindən inşa edilən yalının ümumi sahəsi 540 m² təşkil edir və uzun müddət (1900–1981) Abud ailəsinə məxsus olub.
Qeyd edək ki. tarixi mülk xüsusilə "Kurtlar Vadisi" serialında iclasların aparıldığı məkan kimi yadda qalıb.
"Cebheinfo.az"