AZ

Messinin dünya çempionatına getməsi üçün əlimdən gələni edəcəyəm

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messinin qarşıdan gələn dünya çempionatında oynayacağına ümid edir. 

Fanat.Az xəbər verir ki, 38 yaşlı futbolçu turnirin startından qısa müddət əvvəl qərarını açıqlayacağını bildirib. 

Skaloni superulduzun durumu ilə bağlı mətbuat konfransında belə danışıb: 

"Messinin mundiala getməsi üçün əlimdən gələni edəcəyəm. Bütün dünya futbolu bundan faydalanacaq və bunu istəyən təkcə Argentina deyil - hamı bunu gözləyir. Amma qərar vermək məndən asılı deyil. Leo heç bir təzyiq olmadan öz seçimini etmək hüququnu çoxdan qazanıb. Bilirik ki, nə edir etsin, bu, onun və komandanın xeyrinə olacaq".

DÇ-2026-nın oyunları 11 iyun - 19 iyul tarixlərində keçiriləcək. Lionel Messi 39 yaşını 24 iyunda qeyd edəcək.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
1
fanat.az

2Mənbələr