AZ

“Arşın mal alan” operettası Ankarada - FOTOLAR

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, əsərin premyerasında Ankara Opera və Bale Genel Müdiri Demet Gökalp, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, mədəniyyət, incəsənət xadimləri, yerli azərbaycanlılar, media nümayəndələri, geniş ictimaiyyət iştirak edib.

Tamaşada baş rolları Əsgər-Şenol Talınlı, Gülçöhrə-Esin Talınlı, Asya-Olça Bora, Süleyman-Serkan Kocadere, Əsgərin xalası-Sibel Kızıltaş, Soltan bəy-Mehmet Yılmaz, Telli-Ayten Hanalioğlu və Vəli-İbrahim Halil Turgut ifa ediblər.

Yüksək səhnə tərtibatı, dekorasiya, artistlərin Azərbaycan və Türk dillərində ortaq istifadə etməklə oynadıqları rollar və musiqilər böyük maraqla qarşılanıb.

Qeyd edək ki, sözügedən tamaşanın Azərbaycan Mədəniyyət Mərkəzi və Ankara Dövlət Opera və Balet Teatrının birgə əməkdaşlığı ilə Türkiyənin müxtəlif bölgələrində də səhnələşdirilməsi nəzərdə tutulur.

Bu layihə Azərbaycan mədəniyyətinin Türkiyədə təbliği və iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

"Cebheinfo.az"

Seçilən
15
7
cebheinfo.az

8Mənbələr