AZ

Putin Azərbaycan teatrının açılışında iştirak edəcək

Vladimir Putin martın 27-də videokonfrans vasitəsilə Dərbənddə yerləşən Azərbaycan Dövlət Musiqili-Dram Teatrının əsaslı təmirdən sonra yenilənmiş binasının açılışını edəcək.

Ölkə.Az xəbər verir ki, bu barədə TASS agentliyinin yaydığı məlumata görə, jurnalistlərə Dmitri Peskov açıqlama verib.

Kreml nümayəndəsi qeyd edib ki, bu gün həm də Beynəlxalq Teatr Günü kimi qeyd olunur.
“Prezident bu gün videobağlantı vasitəsilə Dərbənddə Azərbaycan Dövlət Musiqili-Dram Teatrının yenidən qurulmuş binasının açılışını edəcək”, – deyə Peskov bildirib.

Onun sözlərinə görə, söhbət kökləri XIX əsrə gedib çıxan tarixi bir mədəniyyət ocağından gedir. Vaxtilə Dərbənddə yaşayan Azərbaycan ziyalıları tərəfindən yaradılan türkdilli ədəbi-dram dərnəyi sonradan məhz bu teatra çevrilib.

Peskov əlavə edib ki, açılış münasibətilə Dərbənddə Azərbaycandan da qonaqlar iştirak edəcək.

Seçilən
48
1
olke.az

2Mənbələr