AZ

Corcia Meloniyə yeni vəzifə VERİLDİ

İtaliya Prezidenti Sercio Mattarella ölkənin turizm naziri Daniela Qarnero Santankenin vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, sənədə əsasən, Turizm Nazirliyinin müvəqqəti rəhbərliyi İtaliyanın Baş naziri Corcia Meloniyə həvalə edilib.

Qərar hökumətin təklifi əsasında qəbul edilib.

Sənəddə Meloninin turizm naziri vəzifələrini icra edəcəyi müddət göstərilməyib. Meloni nazirliyə rəhbərlik etməklə yanaşı, hazırkı Baş nazir vəzifəsini də icra edəcək.
 

Qeyd edək ki, Meloni məhkəmə islahatı üzrə referendumda məğlub olduqdan sonra hökumətin nüfuzunu xilas etmək üçün Santankeni turizm naziri postunu tərk etməyə çağırıb.


İtaliyada məhkəmə islahatı ilə bağlı referendum Meloni kabinetinin ciddi məğlubiyyəti ilə başa çatıb.

Bizim.Media

Seçilən
29
1
bizim.media

10Mənbələr