AZ

Hörmüz boğazında zədələnən yük gəmisi İran sahillərində saya oturub, üç gəmiçi itkin düşüb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qahirə, 27 mart, AZƏRTAC

Tailand bayrağı altında üzən və martın 11-də İran tərəfindən atılan mərmilər nəticəsində zədələnən yük gəmisi saya oturub.

AZƏRTAC “Bloomberg-Şərq” agentliyinə istinadla xəbər verir ki, gəminin sahibi “Precious Shipping” şirkətinin idarəedici direktoru Xalid Haşim açıqlamasında “Mayuri Naree” adlı gəminin İran adalarından birində saya oturduğunu bildirib.

“Press TV” (İran mediası – red.) isə gəminin Qəşm adası sahillərində qəzaya uğradığını qeyd edib.

Tailand Xarici İşlər Nazirliyinin sözçüsü Panidon Paçimsavatın yaydığı ayrıca bəyanatda bildirilib ki, Oman Sultanlığı və İranın birgə xilasetmə qrupu hadisə yerinə çatıb və itkin düşən üç ekipaj üzvünün axtarışlarını davam etdirir. Onların vəziyyəti hələlik məlum deyil.

Qeyd edək ki, martın 11-də strateji əhəmiyyətə malik su yolundan keçən zaman baş verən hücumdan sonra gəmidə olan digər 20 ekipaj üzvü təxliyə edilib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
3
azertag.az

4Mənbələr