Bakı, 27 mart, AZƏRTAC
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin B qrupunda Portuqaliya ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, 8-ci kilometr qəsəbə stadionunda təşkil olunan görüş qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycanın U-21 millisi B qrupunda altı komanda arasında 5 xalla beşinci pillədədir.
Müxbir - Cavid Əliyev