AZ

Biləsuvarda yol qəzasında 4 nəfər xəsarət alıb

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Far.Az"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Cəbrayıl rayon sakini, 1950-ci il təvəllüdlü Fəryaz Kəlbiyevin idarə etdiyi "Nissan Sunny" minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində 4 nəfər yaralanıb. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
28
2
far.az

10Mənbələr