AZ

Rəşad Eyyubov: Ən böyük problemimiz standart vəziyyətlərdir

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin ən böyük problemi standart vəziyyətlərdir.

Fanat.Az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Rəşad Eyyubov jurnalistlərə açıqlamasında bildirib.

Mütəxəssis Bakıda Portuqaliyanın U-21 yığmasına 0:4 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Bizim ən böyük problemimiz standart vəziyyətlərdir. Belə epizodlardan 3 qol buraxdıq. Birinci hissəyə görə oyunçulara təşəkkür edirəm. İkinci yarıda isə yaxşı oynamadıq".

R.Eyyubovun sözlərinə görə, qarşılaşmanın ilk yarısında oyunçuların matça köklənməsi yüksək səviyyədə olub:

"İkinci hissədə təəssüf ki, bunu itirdik. Komanda bir az rahatlaşdı".

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
4
fanat.az

5Mənbələr