AZ

“Trampı qorxudurlar, avtomobilinə gizli qurğu qoşublar...” – İran əməliyyatının sirləri

İsrail ABŞ prezidentinin ailəsini təhdid edibmi?

ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin direktoru Co Kentin Vaşinqtonun xarici siyasətini kəskin tənqid edərək, İranın Amerika üçün heç bir birbaşa təhlükə yaratmadığını iddia edərək istefa verməsi ətrafında müzakirələr davam edir. O Trampın Tehrana qarşı hərbi müdaxilələnin birbaşa İsrail və İsrailpərəst lobbiçilərin təzyiqi ilə izah edib.

Picture

Musavat.com
zavtra.ru saytına istinadən xəbər verir ki, amerikalı jurnalist Taker Karlsona geniş müsahibəsində Milli Terrorla Mübarizə Mərkəzinin sabiq direktoru sensasion iddialar səsləndirib.

Məsələn, o Trampa Batlerdə sui-qəsd cəhdində və ABŞ prezidentinə sadiq Çarli Kirkin qətlində müəmmaları olduğunu deyib.

“Demirəm ki, bunu israillilər edib. Amma cavabsız qalan bir çox sual var. Prezident Trampın özünü təhlükədə hiss etdiyinə inanmaq üçün səbəb var. Bilirik ki, iranlılar Trampı öldürmək üçün tutduqları Asif Merçantı FTB həbs etdi, amma iki gün sonra snayper Trampı vurdu. Tomas Kruksun kim olduğu sirr olaraq qalır. İstintaq dondurulub. İranla müharibəyə fəal şəkildə qarşı çıxan Trampın ən yaxın müşaviri Çarli Kirkin qətli ilə bağlı da bizə bunu tam araşdırmaq icazəsi verilməyib. Milli Terrorla Mübarizə Mərkəzində xarici əlaqəyə işarə edən məlumatlar var idi, amma məlumata girişimiz bloklandı. Çarli Kirk bir nəslin simvolu id. Və onun bu qədər açıq şəkildə öldürülməsi və araşdırma aparmağımıza icazə verilməməsi həqiqəti bilməyimizi istəməyən insanların və təşkilatların olduğunu göstərir” deyə, o bildirib.


Picture

Taker Karlsonu “Netanyahunun təhlükəsizlik xidmətinin iki dəfə prezidentin(Trampı) gizli xidməti avtomobilinə cihaz qoşduğu bildirilir, bu barədə eşitmisinizmi” sualına ilginc cavab verib.

“Bu barədə mediada oxumuşam. Doğru olub-olmadığını bilmirəm. Amma prezidentin təhlükəsizliklə bağlı narahatlıqları olduğunu bilirəm. Prezident Tramp ağıllıdır. O, bu məsələləri görür. Batlerdə baş verənləri xatırlayır, Çarlinin başına gələnləri görüb. Və onun "mənim başqa seçimim yox idi, onlar mənə və ya ailəmə zərər verə bilərdilər" düşünməsi məntiqlidir. Düşünmürəm ki, özü üçün qorxur- biz Batlerdə onun cəsarətini gördük. Amma o, ailəsini sevir. Bəlkə də Tramp yanlış yola, informasiya “burulğanına” salınıb. Amma bütün bunlarda məcburiyyət və ya qorxutma elementinin olması ehtimalı da var”deyə, o bildirib. 

Musavat.com

Seçilən
9
2
musavat.com

10Mənbələr