AZ

Fidan: Region təhlükəli ssenariyə sürüklənir

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Türkiyədən diqqətçəkən açıqlama gəlib.

Musavat.com xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan regionun təhlükəli ssenariyə sürükləndiyini bildirib.

Nazirin sözlərinə görə, İsrail islam ölkələrini bir-birinə qarşı uzunmüddətli qarşıdurmaya cəlb etməyə çalışır. O, həm İrana, həm də digər region ölkələrinə çağırış edərək bu cür planlara aldanmamağı tövsiyə edib.

Fidan vurğulayıb ki, hazırda sülh prosesinin qarşısında duran əsas maneə İsrailin mövqeyidir və bu siyasət bölgədə sabitliyin bərpasını çətinləşdirir.

Türkiyə XİN başçısı həmçinin qeyd edib ki, İsrailin ABŞ siyasətinə təsiri və manipulyasiya imkanları artıq açıq şəkildə müzakirə olunur. Onun sözlərinə görə, bu məsələ artıq yalnız iddia deyil, ABŞ-də müxtəlif siyasi və intellektual çevrələrdə ciddi şəkildə gündəmə gətirilir.

 

Musavat.com

Seçilən
55
musavat.com

1Mənbələr