AZ

ADY müvafiq tədbirlər görür

BAKI, 28 mart. TELEQRAF

ADY ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.

Qurumdan Teleqraf-a verilən məlumata görə, hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir, əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir.

Bəzi sahələrdə təhlükəsizliyin təmin edilməsi məqsədilə sürət həddinin endirilməsi səbəbindən qatarların qrafikində qismən kənara çıxma halları ola bilər.

Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə olunur, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmaları xahiş edilir.

Seçilən
5
32
teleqraf.com

8Mənbələr