AZ

Sevgi dağılır, pullar əldən çıxır KONKRET

ain.az bildirir, Konkret.az portalına istinadən.

Bugün səma enerjiləri bəzi bürclər üçün xüsus siqnallar verir. Planetlərin düzülüşü emosiyalar, maliyyə və şəxsi qərarlar baxımından 4 bürcü ön plana çıxarır.

KONKRET.az az həmin bürcləri təqdim edir:

Bu gün Qoçlar üçün qərar günüdür. Uzun zamandır tərəddüd etdiyiniz məsələ ilə bağlı ani addım ata bilərsiniz. İş həyatında gözlənilməz təkliflər mümkündür. Amma tələskən qərarlar risklidir. Hər detalı ölçüb-biçmək vacibdir.

Mesaj: Tələsmə, amma fürsəti də qaçırma.

Buğa

Maliyyə mövzuları Buğaların gündəmindədir. Gözlənilməz pul girişi və ya borc məsələsinin həlli mümkündür. Amma xərclərdə diqqətli olun. Emosional alış-veriş sizi sonradan peşman edə bilər.

Mesaj: Pul gəlir, amma onu saxlamaq sənin əlindədir.

Tərəzi

Tərəzilər üçün münasibətlər ön plandadır. Köhnə incikliklər yenidən gündəmə gələ bilər. Açıq danışmaq və səmimi olmaq problemləri həll edəcək. Bu gün verilən qərarlar uzunmüddətli təsir göstərə bilər.

Mesaj: Susmaq yox, danışmaq qurtaracaq.

Əqrəb

Əqrəblər üçün emosional dalğalanma günü olacaq. İç dünyanızda baş verənlər qərarlarınıza təsir edəcək. İntuisiyanız güclüdür. Hisslərinizə güvənin. Baş ağrıları mümkündür.

Mesaj: Hisslərin səni aldatmır.

Dəniz Pənahova

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
1
konkret.az

2Mənbələr