AZ

Yaxın Şərqdəki vəziyyət neftin və qazın qiymətini kəskin artırıb

İran, ABŞ və İsrail arasında davam edən hərbi toqquşma özünün gərgin mərhələsinə qədəm qoyub ki, bu da dünya enerji bazarında neftin və qazın qiymətinin kəskin artmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, ABŞ-nin İrana quru qoşunları göndərəmək istəyi, Tailand bayrağı altında yük daşıyan gəminin Hörmüz boğazında İran tərəfindən raket zərbəsinə məruz qalaraq yanmasından sonra birjalarda neftin qiyməti birdən-birə 6-7 faiz artdı.

London birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 117,49, WTI markalı 102,75, “Azeri Light” markalı neftin 1 barelinin qiyməti isə 121,25 dollara kimi yüksəlib.

Nyu-York və London birjalarında neftin qiyməti günün ikinci yarısında 6-7 faiz artımla satılıb. Birjalar bağlanana kimi qiymətlərdə heç bir dəyişiklik baş verməyib.

“Bloomberg” yazıb ki, İranın Hörmüz boğazı birdəfəlik bağlanıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, İran əvvəl rüsum ödəməklə boğazdan keçməyə icazə verəcəyini bildirmişdir. Lakin ABŞ-nin İranın nüvə mərkəzlərini raket zərbəsinə tutmasından sonra İran da fikrini dəyişdi və hətta müttəfiqi olan Çinin də gəmilərinə boğazdan keçmək icazəsini verməyib.

Gəmilərin okeanda izlənməsi xidməti göstərən “MarineTraffic”in məlumatına görə, Çinin “Cosco Shipping” dövlət şirkətinə məxsus olan “CSCL Indian Ocean” və “CSCL Arctic Ocean” konteyner daşıyan gəmiləri də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən xəbərdarlıq alıblar və boğazdan buraxılmayıb.

SEPAH-ın bəyanatında bildirilib ki, “Hörmüz boğazından okeana və əks istiqamətə hərəkət edən, İsrail və ABŞ-yə və onların müttəfiqlərinə məxsus bütün gəmilər zərbələrə məruz qalacaq”.

Yuxarıda göstərilən proseslər dünya bazarında təkcə neftin deyil eyni zamanda qazın da qiymətinə təsir edib. Hazırda Avropada təbii qazın qiyməti kəskin artaraq 1000 kubmetr üçün 900 dollara yüksəlib. Qiymətlər son 3 ilin ən yüksək hədlərinə yaxınlaşır. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayanda Avropada təbii qazın 1000 kubmetrinin qiyməti 1200 dollara kimi artmışdı. Cari ildə isə İranın Qətərin sıxılmış qaz istehsal edən zavodunu raket zərbəsi ilə vurması ixracı dayandırmış və qiymətlər sıçrayışla 850, indi isə 900 dollara kimi artıb.

Seçilən
18
4
yeniazerbaycan.com

5Mənbələr