AZ

Gənclər Liqasının oyunları hava şəraiti ilə əlaqədar təxirə salınıb

Bakı, 28 mart, AZƏRTAC

AFFA-nın bayrağı altında təşkil edilən U-15, U-16, U-17 və Gənclər Liqasının həftəsonu keçirilməsi planlaşdırılan oyunları təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, matçların təxirə salınması ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədardır.

Seçilən
44
29
azertag.az

10Mənbələr