Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 1,461 milyon ABŞ dolları dəyərində mədən sənayesi məhsulları idxal edib.
“İki sahil” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18,7 % azdır.
Təkcə fevralda Türkiyə Azərbaycana 0,716 milyon ABŞ dolları dəyərində mədən sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 22,2 % çoxdur.
İki ayda Türkiyənin mədən sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 13,7 % artaraq 995 milyon ABŞ dollarına, fevralda isə 13,8 % artaraq 475 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı Çin 284,663 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 36,6 % çox), ABŞ 77 milyon ABŞ dolları (-7,5 %) və Bolqarıstan 74 milyon ABŞ dolları (-13,9 %) dəyərində həyata keçirib.