AZ

Dağıstanda son yüz ilin ən güclü YAĞINTISI Şəhərlər su altında qaldı VİDEO

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bölgədə güclü leysan yağışlarından sonra Dağıstanda bir sıra şəhərləri su basıb, güclü su axınları avtomobilləri yuyub aparır.Bizim.Media xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.Ən ağır vəziyyət Mahaçqalada müşahidə olunur – şəhərdə 20-yə yaxın ev su altında qalıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar elektrik enerjisi kəsilib, 60 mindən çox insan işıqsız qalıb.

 

Dərbənddə yerli çaylar daşması nəticəsində yolları su basıb. Təbii fəlakət nəticəsində Xasavyurtda dəmir yolu körpüsü dağılıb.

Bütün fövqəladə xidmətlər yüksək hazırlıq rejiminə keçirilib, kommunal xidmət işçiləri artıq daşqının fəsadlarının aradan qaldırılması üzərində işləyir.Qeyd edək ki, Dağıstanda ötən gün 1919-dan bəri ən güclü yağıntı qeydə alınıb.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
7
bizim.media

10Mənbələr