AZ

Yəmən husiləri də ABŞ və İsrailə qarşı müharibəyə qoşulmağa hazırlaşır…



Yəmənli husilər ABŞ və İsrailin hücumları davam edəcəyi təqdirdə İranı dəstəkləmək üçün müharibəyə qoşulmağı planlaşdırır. Bu barədə ‘CNN’-ə husilərin nümayəndəsi Məhəmməd Mansuri bildirib.

Bundan əvvəl husilər Bab əl-Məndəb boğazı və Qırmızı dənizdə gəmiçilik hərəkətinə dəfələrlə maneələr yaradaraq ticarətdə ciddi pozuntulara səbəb olublar.

‘Əgər Vaşinqton və onun müttəfiqləri vəziyyəti gərginləşdirməyə can atırlarsa, Yəmən müdaxilə edərək onları qabaqlayacaq’, – deyə Mansuri bildirib.

Tahir TAĞIYEV

Seçilən
52
baki-xeber.com

1Mənbələr