AZ

Sumqayıtda həyat iflic oldu: işıq da yox, su da » AzadMedia.az



İki gündür aramsız yağan yağışlar paytaxtda və ətraf ərazilərdə bir sıra problemlərlə müşayiət olunur. Yağıntının yaratdığı çətinliklərdən biri də kommunal sahədə özünü göstərib. Bu dəfə Azadmedia.az-a narazılıqlar Sumqayıtdan daxil olub.
Şəhərin 2- ci və 13-cü mikraroyanunda yaşayan sakinləri bildirir ki, səhər saat 07:00-dan etibarən bir çox ərazilərdə su və elektrik enerjisinin verilişi dayandırılıb. Sakinlər deyir ki, aidiyyəti qurumlara müraciət etsələr də, suallarına cavab ala bilməyiblər.

Məsələ ilə bağlı sorğu ünvanlayıb, cavab olduğu təqdirdə mövzuya qayıdacağıq.
Seçilən
8
1
azadmedia.az

2Mənbələr