AZ

Orta Şərqdə Müharibə-ABŞ Ordusu ilk həftələrdə milyardlarla dollar zərər görüb - Baş redaktordan şərh



ABŞ-da aparılan hesablamalara görə, İranla yaşanan müharibənin ilk üç həftəsində Amerika hərbi qüvvələrinin ümumi zərəri 1,4 milyard dollardan 2,9 milyard dollaradək dəyişir. Bu barədə qiymətləndirməni ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) keçmiş audit rəsmilərindən biri və "American Enterprise Institute" analitik mərkəzinin əməkdaşı Elaine McCusker verib.

Onun sözlərinə görə, yüksək məbləğli hesablamaya Qətərdə yerləşən ABŞ hava bazasında yerləşdirilmiş radar sisteminə dəyən ziyan da daxildir. Məlumata görə, Pentaqon bu itkiləri kompensasiya etmək üçün əlavə büdcə tələbi ilə çıxış etməyə hazırlaşır və ümumilikdə 200 milyard dollara qədər əlavə xərclərin nəzərdən keçirilməsi mümkündür.
Hərbi texnikaya ciddi zərər dəyib

Münaqişə zamanı ABŞ-ın müxtəlif hava və dəniz platformaları zərər görüb. Zərər çəkənlər arasında təyyarələr, pilotsuz uçuş aparatları və yanacaq doldurma tanker təyyarələri yer alır.
Məlumata əsasən, müharibədə F-15 və F-35A tipli döyüş təyyarələri də məhv edilib. Bu təyyarələrin hər birinin qiyməti müvafiq olaraq təxminən 100 milyon və 82,5 milyon dollar təşkil edir.

Bundan əlavə, hava yanacaq təminatında da itkilər qeydə alınıb. Altı KC-135 tanker təyyarəsindən biri tamamilə itirilib, digər beşi isə zədələnib. Bu modelin istehsalı artıq dayandırıldığı üçün itirilmiş təyyarənin yerini yeni nəsil KC-46 Pegasus-un tutacağı gözlənilir. Bu təyyarənin qiyməti isə təxminən 165 milyon dollardır.

Pilotsuz uçuş aparatları da itirilib


İnsansız hava vasitələri sahəsində də ciddi itkilər qeydə alınıb. Belə ki, ondan çox MQ-9 Reaper tipli pilotsuz uçuş aparatı məhv edilib, bir neçəsi isə zədələnib. Hər bir Reaper aparatının minimum dəyəri 16 milyon dollar olaraq göstərilir.

Qeyd olunur ki, bu modelin istehsalı artıq dayandırılıb və onun yerini daha müasir MQ-9B SkyGuardian modelləri alır. Bu yeni aparatların birinin qiyməti isə təxminən 30 milyon dollar təşkil edir.
Ekspertlər hesab edir ki, bu cür böyük həcmli itkilər ABŞ Müdafiə Nazirliyini əlavə maliyyə vəsaiti tələb etməyə vadar edə bilər. Pentaqonun yaxın vaxtlarda bu məsələ ilə bağlı rəsmi müraciət etməsi gözlənilir.

Mövcud vəziyyət göstərir ki, Orta Şərqdəki hərbi gərginlik yalnız siyasi deyil, həm də ciddi iqtisadi nəticələr doğurmaqdadır.

Arzuman Loğmanoğlu
Sozcu.info




Seçilən
90
50
aia.az

10Mənbələr