Kəlbəcər rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Ölkə.az" oxu.az-a istinadla bildirir ki, hadisə "HOWO" markalı yük avtomobilinin idarəetmədən çıxması nəticəsində baş verib.
Qəza nəticəsində üç nəfər hadisə yerində ölüb. Əraziyə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.