AZ

Minik maşını "Kamaz"a çırpıldı - ölən var

Qazax rayonunda qəza baş verib.

Azreform.info "Report"a istinadla xəbər verir ki, ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi Qazax-Əskipara avtomobil yolunda baş verib.

Minik maşınının "Kamaz" markalı yük avtomobilinə çırpılması nəticəsində minik maşınında olan sürücü 1971-ci il təvəllüdlü Yuxarı Əskipara kənd sakini Məzahir İbrahimxəlilov hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma başlanılıb.

Seçilən
24
6
azreform.info

10Mənbələr