AZ

Bakıda "Xruşovka"lar yeni investisiya aləti kimi istifadə edilir? - VİDEO

Bakının bir çox rayonlarında "Xruşovka" tipli evlərin sayı dörd minə çatmaqdadır.

 

Belə ki, ilkin mərhələdə bu tikililərdən 1 500-ü söküləcək.

 

Həmin "Xruşovka"ların yerləşdiyi ərazilərə Yasamal, Binəqədi, Sabunçu və Suraxanı kimi rayonlar daxildir.

 

Bu tip binaların sökülmə ehtimalı yüksək olduğu üçün onların qiyməti də şəhərdəki evlərdən yüksək olur.

 

Mütəxəssislər İctimai TV-yə bildirirlər ki, bu evlərin kvadratmetri 2 000 manata qədər çıxır.

 

Bu baxımdan da bir çox insanlar "Xruşovka"lardan investisiya mənbəyi kimi istifadə edirlər.

 

Tarix: 28 Mart 2026, 22:01   
Seçilən
9
4
pravda.az

5Mənbələr