AZ

Qızıl top mükafatı qaydalarında dəyişiklik olunacaq

ain.az, Qol.az saytına istinadən bildirir.

"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq

"Qızıl top" mükafatı futbol azarkeşləri arasında tez-tez mübahisələrə səbəb olur. Xüsusilə favorit hesab olunmayan futbolçunun qalib gəldiyi illərdə bu müzakirələr daha da alovlanır.

QOL.az xəbər verir ki, "The Touchline" nəşrinin yaydığı məlumata görə, 2026-cı ildə "Qızıl top"un qaydalarında müəyyən dəyişikliklər ediləcək. Belə ki, səsvermə iştirakçılarına futbolçuların böyük oyunlardakı çıxışlarına xüsusi diqqət yetirmələri tövsiyə olunacaq.

Xatırladaq ki, ötən il bu mükafatı PSJ-nin hücumçusu Usman Dembele qazanıb. Həmin vaxt Lamin Yamal, Rafinya və Vitinya da əsas namizədlər arasında yer alırdılar. Tarixdə ən çox "Qızıl top"a (8) isə Lionel Messi sahib çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
2
qol.az

3Mənbələr