AZ

“KamAZ” minik maşını ilə toqquşdu: Sürücü öldü

Qazaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə Qazax-Əskipara avtomobil yolunda baş verib.

Məlumata görə, minik maşınının “KamAZ” markalı yük avtomobilinə çırpılması nəticəsində minik maşınında olan sürücü 1971-ci il təvəllüdlü Yuxarı Əskipara kənd sakini Məzahir İbrahimxəlilov hadisə yerində vəfat edib. 

Faktla bağlı araşdırma başlanılıb.

"Cebheinfo.az"

Seçilən
23
6
cebheinfo.az

10Mənbələr